“ChatGPT”nin ən son süni intellekt modeli GPT-4.1 artıq ödənişli istifadəçilər üçün əlçatandır.
Yeni model mayın 15-dənetibarən “ChatGPT Plus” , Pro və Team abunəçilərinin istifadəsinə verilib.
Bizim.Media xəbər verir ki, OpenAI-nin verdiyi məlumata görə, istifadəçilər tətbiqin yuxarı sol küncündəki model seçim menyusundan GPT-4.1-i seçərək bu modelə keçid edə bilərlər.
GPT-4.1-in təqdimatı ilə yanaşı, pulsuz istifadəçilər üçün də yeniliklər var. Belə ki, indiyədək mövcud olan GPT-4o mini modeli artıq GPT-4.1 mini ilə əvəz olunacaq. Bununla belə, standart model kimi GPT-4o pulsuz istifadəçilər üçün istifadə edilməyə davam edəcək. Limitə çatıldıqda sistem avtomatik olaraq GPT-4.1 mini-yə keçəcək.
Qeyd edək ki, OpenAI ötən ay GPT-4.1-i təqdim edərkən bu modeli “süni intellektin real tətbiqlərində irəliyə doğru böyük bir addım” kimi xarakterizə etmişdi.
Xüsusilə kodlaşdırma, məlumat təhlili və uzun mətnləri anlama sahələrində təkmilləşdirilən GPT-4.1 ağıllı sistemlər və qabaqcıl süni intellekt agentləri üçün əsas seçim olaraq önə çıxır. (milli.az)
Bizim.Media