AZ

Azərbaycan “yaşıl” enerjiyə keçid üzrə regionun lideri olmaq niyyətindədir - Mikayı Cabbarov

Bakı. Trend:

Azərbaycan ölkəni regionun “yaşıl” enerji və dayanıqlıinfrastruktur əlaqəliliyi mərkəzinə çevirməyə yönəlmiş iddialı birstrategiyanı həyata keçirir.

Trend xəbər verirki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov AvropaYenidənqurma və İnkişaf Bankının illik toplantısı çərçivəsindəkeçirilən “Azərbaycan: yaşıl inkişaf və qoşulma üçün yeni imkanlar”mövzusunda Londonda keçirilən panel müzakirələrdə etdiyi çıxışdabildirib.

Cabbarov Azərbaycanın təmiz enerji sahəsində regionallayihələrdə getdikcə artan rolunu qeyd edib. O, xüsusiləAzərbaycanın və Gürcüstanın bərpaolunan enerji resurslarınınAvropaya ixracını hədəfləyən mövcud təşəbbüslər barədə bunlarıdeyib.

“Təbii ki, artıq həyata keçirilən layihələr, o cümlədən ‘yaşıl’infrastruktur, Azərbaycanda və Gürcüstanda istehsal olunanbərpaolunan enerjinin Avropa bazarlarına çatdırılmasına yönəlib.Güclü siyasi dəstək və regional əməkdaşlıq olmasaydı bu mümkünolmazdı”, – deyə Cabbarov vurğulayıb.

Onun sözlərinə görə, bu əməkdaşlıq yalnız qonşu ölkələrləməhdudlaşmır.

“Biz yalnız Macarıstan, Rumıniya və Bolqarıstanla deyil, eynizamanda Azərbaycandan şərqdə yerləşən regionlarla, xüsusilə MərkəziAsiya ölkələri ilə də fəal əməkdaşlıq edirik. Qazaxıstan vəÖzbəkistan enerji sistemlərinin, ilk növbədə bərpaolunan enerjimənbələri əsasında birləşdirilməsinə dair əzmimizin parlaqnümunəsidir. Bu isə artıq praktikada baş verir”, – deyə o əlavəedib.

Daxili siyasətə də toxunan nazir, “yaşıl” enerjinin inkişafıüçün əlverişli normativ-hüquqi bazanın yaradılması istiqamətindəatılan addımları da qeyd edib:

“Bir tərəfdən biz qarşıya qoyduğumuz hədəflərə çatmağaçalışırıq, digər tərəfdən isə bu keçidi daha sürətli və səmərəlietmək üçün konkret siyasət alətlərindən istifadə edirik. Təmizenerjiyə keçid təkcə istehsal həcmi ilə bağlı məsələ deyil, bu,eyni zamanda istehlakla da bağlıdır. Mənə görə, enerji keçidinintəkcə təklifi deyil, tələbatı da nəzərə alması vacibdir”.

Nazir onu da vurğulayıb ki, Azərbaycan özəl tərəfdaşlarlainvestisiya risklərinin bölüşülməsinə hazırdır:

“Azərbaycanda bərpaolunan enerji mənbələri üzrə bütün layihələrözəl sektor – əsasən xarici, həmçinin yerli investorlar tərəfindənhəyata keçirilir. Dövlət isə – SOCAR timsalında, lazım gəldikdə,layihələrdə azlıq payına sahib tərəfdaş kimi iştirak etməyəhazırdır. Biz öz dollarımızı və ya avromuzu investorla bərabəryatırırıqsa, bu, bizim enerji keçidinə sadiqliyimizin birbaşasiqnalıdır”.

Mikayıl Cabbarov bildirib ki, Azərbaycan üçün təmiz enerjiyəkeçid ideoloji deyil, iqtisadi baxımdan məqsədəuyğun birməsələdir:

“Gəlirlərimizin əhəmiyyətli hissəsi hələ də ənənəvi enerjimənbələrindən formalaşsa da, bizim üçün vacib olan layihələriniqtisadi əsaslandırmaya malik olmasıdır. Biz səmimi olaraq inanırıqki, məhz bu yanaşma ölkəmizi investisiyalar üçün cəlbediciedir”.

Seçilən
0
4
az.trend.az

1Mənbələr