Bakı. Trend:
Nüvə proqramı haqda İran ABŞ ilə dolayı müzakirələrin növbətiraundunun təşkil olunması üçün Omanın elanını gözləyir.
Trend-inməlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Araqçibu gün Tehranda Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərəaçıqlamasında deyib.
Onun sözlərinə görə, İran və ABŞ arasında nüvə müzakirələriOmanın vasitəçiliyi ilə həyata keçirildiyi üçün Oman növbətiraundun məkanı və zamanını tərəflərə elan edəcək.
Araqçi bildirib ki, ötən raundlarda İran və ABŞ arasındamüzakirələr çox çətin keçib. Müzakirələrdə uranınzənginləşdirilməsi məsələsi İranın əsaslı prinsplərindənbiridir.
İranlı nazir əlavə edib ki, ABŞ uzun illər ərzində İran əleyhinətəzyiq, sanksiyalar və hərbi təhdidlərlə İranın inkişafına maneolub. Ölkədə yaranan iqtisadi problemlərin səbəbi bunlardır.
Qeyd edək ki, 12, 19, 26 aprel və 11 may tarixlərində İran vəABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayı müzakirələrin4 raundu keçirilib. Dolayı müzakirələr Oman Krallığının xariciişlər naziri Seyid Bədr Əlbusəidinin vasitəçiliyi, İran nümayəndəheyətinə xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ nümayəndəheyətinə ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi StivUitkofun başçılığı ilə təşkil olunub. Müzakirələrin 1, 3 və 4-cüraundu Oman paytaxtı Məsqətdə, 2-ci raundu isə İtaliya paytaxtıRomada baş tutub.