Bakı. Trend:
Ermənistanla Rusiya arasında münasibətlərin buz təkisərinləşməsi fonunda baş nazir Nikol Paşinyanın 9 May QələbəParadında iştirak üçün Moskvaya yollanması unudulan aktyorungözlənilməz dönüşünü xatırladır. Paşinyan sakit, amma vaxtında vəyerində "gediş" etməyə çalışdı.
Moskvaya səfər Paşinyanın uğursuz cəhdi, ciddi danışıqların vəmüzakirələrin baş tutmadığı vizit, mənasını itirən jest idi.
Son aylar Ermənistan-Rusiya münasibətləri qırılma nöqtəsinəqədər gərginləşib və məcburi birlik rejimində davam edir. Birtərəfdən Ermənistan “suveren, çoxşaxəli diplomatiya” kursunu elanedir, digər tərəfdən isə Rusiya enerjisinə, ticarətinə və hərbimirasına faktiki olaraq bağlı qalır. Bu kontekstdə PaşinyanınMoskvaya səfəri Kremllə təmasları yeni formata salmağa və bərpaetməyəyə yönəlmiş addımdan çox, həm daxili, həm də xariciauditoriyalara ünvanlanmış, dəqiqliklə qurulmuş diplomatik biroyundur.
Paşinyanın messic ünvanları da bəlli: Ermənistan cəmiyyəti,Moskva və Qərb.
Kreml üçün Qələbə Paradı çoxdan siyasi vitrinə çevrilib.Paşinyanın şəxsən Vladimir Putinlə görüşmədən bu simvolik səhnəyəburaxılması isə sükutun diplomatiyası idi. Kreml sahibi tərəfdənsəslənən qısa, amma yüklü cümlə - “Yaxşı yol, əlaqə saxlayarıq!" -bu diplomatik səssizliyin üstündəki yeganə səs idi. Bu nə idi -dialoqa dəvət, yoxsa məsafə siqnalı?
Sual ritorikdir.
Baş verənlər fonunda Rusiya Prezidenti Administrasiyasırəhbərinin birinci müavini, Ermənistanla əlaqələrin kuratoru təyinedilmiş Sergey Kirienko amili də önəmlidir.
O, Rusiyanın yeni idarəçilik arxitekturasında təkcə daxilisiyasətin müəlliflərindən biri olmaqla yanaşı, həm də Kremltərəfindən Ermənistan xəttinin yenidən qurulması üçün təyin olunmuşxüsusi nümayəndəyə çevrilib. Məhz onun təyinatından sonra Moskvanınİrəvana münasibətində ritorika dəyişdi: açıq tənqidlər yox oldu,istehzalı bəyanatların səslənməsi dayandırıldı və bütün bunlarınyerini incə hesablanmış bir diplomatik oyun tutdu.
Bu oyunun əsas fiqurları isə Ermənistanın keçmişindən tanışsimalar idi - sabiq prezidentlər Robert Köçəryan və SerjSarkisyan.
Kreml sanki başa düşdü: Ermənistanda Moskva meylli revanşınqayıdışını gözləmək mənasızdır, Paşinyanın tezliklə devrilməsinəümid etmək isə təhlükəlidir. Ona görə də “yumşaq güc” əməliyyatıişə salındı - ultimatumlarsız, lakin təsiri saxlamaq,Ermənistandakı Rusiyapərəst media mənbələrini canlandırmaq, "köhnədostlar"ı siyasi sahəyə qaytarmaq cəhdi ilə. Bu strategiya, səssizgörüşlər, diqqətlə seçilmiş bəyanatlar və kölgədə aparılansövdələşmələrlə müşayiət olunur.
Fəqət belə yanaşma Ermənistandakı Rusiyapərəst dairələrdənarazılıq yaratdı. Paşinyan onlar üçün sadəcə rəqib yox, demək olarki, xəyanətkardır. Onların gözündə bu səfər - 2020-ci ildəQarabağda baş verənlərdən və Qərbə yönəlik kursdan sonra itirilmişmünasibətləri bərpa cəhdidir. Onlar Putinin susqunluğunu narahatlıqsiqnalı kimi qiymətləndirirlər: Kreml Paşinyanla danışmağa hazırdır- hətta dişini sıxaraq olsa belə.
Bəs bu vəziyyətdə Kreml nə edir? Yeni təsir formatları axtarır.Parlament diplomatiyası, simvolik jestlər, Valentina Matviyenko vəSergey Lavrov kimi fiqurların İrəvana mümkün səfərləri vasitəsilə.Rəsmi mesaj sadədir: “Hələ də müttəfiqik”. Amma gizli siqnal bundanibarətdir: “Əlaqələrin strukturuna yenidən baxırıq”.
Paşinyan bu oyunu başa düşür. O, Rusiyanın Ermənistantarixindəki rolunu əla bilir, amma eyni zamanda Fransa, ABŞ və Aİilə əlaqələri inkişaf etdirməyə davam edir. O, körpüləri yandırmır,amma asılılıq zəncirlərini də qəbul etmir. Putinlə tamformatlıgörüşdən imtina isə, böyük ehtimalla, qarşılıqlı bir qərar idi. Bunə demarş idi, nə də təslimiyyət - əksinə, manevr üçün açıqburaxılmış bir qapı.
Bu arada Ermənistanda Rusiyaya qarşı səsləndirilən ittihamlargüclənməkdədir. Parlamentin sədri Alen Simonyan - Paşinyanın yaxınçevrəsinin nümayəndəsi - Rusiyanı “hibrit təxribatların mənbəyi"adlandıraraq, Moskva yönümlü siyasi və media strukturlarına“daxilolmalar” barədə danışır. Bu, artıq emosional reaksiya yox,yeni xarici siyasət doktrinasının tərkib hissəsidir. Burada Rusiya,alternativsiz müttəfiq kimi yox, siyasi güc mərkəzlərindən birikimi görülür - onunla danışıqlar mümkündür, amma itaət artıqgündəmdə deyil.
Rəsmi İrəvanın sevinclə bəhs etdiyi “xarici siyasətindiversifikasiyası” əslində iki imperiyanın daşları arasındayaşamağa məhkum bir dövlətin sağ qalma instinktindən başqa bir şeydeyil. Sözlərlə ifadə olunan “tarazlaşdırılmış kurs” əməldəstrateji qeyri-müəyyənlik və həm Moskvadan tərk edilmək, həm dəQərbdən arzulanan dividendləri ala bilməmək qorxusunun doğurduğuziddiyyətli davranışdır.
Təsadüfi deyil ki, Paşinyanın Moskvaya səfəri ilə eyni vaxtdaErmənistan rəhbərliyi bir tərəfdən Rusiyaya qarşı ritorikasınısərtləşdirir, digər tərəfdən isə daxili auditoriyanı “beynəlxalqəlaqələrin genişləndirilməsinin vacibliyinə” inandırmağa çalışır.Bu, iki cəbhədə oynanan siyasi oyundur və tərəflərdən heç birihələlik nöqtə qoymağa hazır deyil.
Rusiya mediası belə "ehtiyatlı yaxınlaşma" prosesini sarkazmsız,lakin ölçülü şəkildə qeyd edir. Qəzetin Qərbin Ermənistanagöstərdiyi dəstəyin “məhdudluğu”nu İrəvanın Kremlin tərəfinə dönəbiləcəyinə dair əsas səbəb kimi göstərməsi də diqqətəlayiqdir.Lakin bu, daha çox illüziyadır, nəinki plan: Ermənistanda çox yaxşıanlayırlar ki, Rusiya ilə əvvəlki formatda münasibətlərə dönüşmümkün deyil - amma Moskvanı da birdəfəlik itirmək lüksüyoxdur.
Bu arada, Matviyenko və Lavrovun planlaşdırılan İrəvan səfərləridiplomatik aktlardan daha çox “kəşfiyyat-təftiş səfəri"səciyyəlidir.
Moskva hələ harada sadiqlik qaldığını, harada isə yenialternativlərin cücərdiyini müəyyənləşdirməyə çalışır. Kreml özimicinə zərər versə belə, köhnə təsir şəbəkələrinə yenidən sərmayəyatırmağa hazırdır - yetər ki, Cənubi Qafqazdakı sonuncu dayaqnöqtəsini tamamilə itirməsin.
Paşinyanla Putin arasında görüşün baş tutmaması isə təkcədiplomatik incəlik deyil - bu, əslində səhnələşdirilmiş birsəhnədir. Burada əsas personajlar bir-biri ilə danışmır, amma eynitamaşada iştirak edirlər. Putin Paşinyanı tamamilə görməzdən gələbilərdi - amma bunu etmədi, sadəcə protokolvari “Salam, əlaqədəolarıq” dedi. Paşinyan isə səfərdən imtina edə bilərdi - ammagetdi, özü də “lal müşahidəçi” kimi.
Bu, diplomatik mizans-səhnədir: səhnə arxasında real danışıqlaraparılır - bəlkə xüsusi nümayəndələr vasitəsilə, bəlkə də üçüncüölkələrin iştirakı ilə. Hazırda birbaşa görüş çox baha başa gələnsimvoldur - nə İrəvan, nə də Moskva onu ödəməyə hazırdır.
Bütün bu proseslərin üzərində isə erməni revanşizminin idbarkölgəsi dolaşır. Ermənistan silahlı birləşmələrinin bölgədən tamçıxarılmasından və separatçı strukturun de-fakto ləğvindən sonraPaşinyan öz xalqının tarixindəki “məğlubedilməzlik mifini” çökdürənliderə çevrildi. Rusiyapərəst dairələrin qəzəbinə tuş gəldi, lakinQərb də ona konkret təminatlar verməkdə tələsmir. Bu halda onamanevr lazım idi - Moskvaya səfər isə riskli, lakin məcburi birmanevr oldu.
Ermənistan daxilində reaksiya birmənalı deyil. Hakimiyyəttəmsilçiləri, məsələn deputat Asmik Akopyan, bu səfəri guya "tarixiədalətin bərpası" kimi təqdim etməyə çalışırlar - sən demə,ermənilər "İkinci Dünya Müharibəsində babalarının qəhrəmanlığınıunutmamalıdır". Ancaq bu saxta tarixi ritorikanın arxasındaaçıq-aydın bir reallıq görünür: Paşinyana Moskvaya getmək üçün“bəhanə” lazım idi - elə bir bəhanə ki, “yeni xarici siyasətkursu”na zidd görünməsin. 9 May paradı isə bu məqsəd üçün idealsəbəb oldu.
İrəvandakı analitiklər bu səfəri açıq şəkildə “kursunbalanslaşdırılması cəhdi” kimi qiymətləndirirlər. Amma ittihamlarvə jestlər arasında qurulmuş bu “balans” istənilən sabitlik üçünzəmin ola bilməz. Ermənistan geosiyasi türbülensiya zonasına düşübvə burada hər addım izah, hər səfər isə interpretasiya tələbedir.
Nəticə etibarilə, Paşinyanın Moskvaya səfəri nə barış jesti idi,nə də təslimiyyət siqnalı. Bu, siyasi qeyri-müəyyənliyi tarixi birgünlə pərdələməyə çalışan məcburi diplomatiya aktıdır. Nə İrəvan,nə də Moskva açıq qopmaya hazırdır. Amma hərtərəfli yaxınlaşma dahələ gündəmdə deyil.
Paşinyan Moskvaya getdi - və oradan “əlaqədə olarıq” kimimücərrəd bir cümlə ilə ayrıldı. Bu “əlaqədə olarıq” cümləsi hazırkıErmənistan–Rusiya münasibətlərinin bütün mahiyyətini ifadə edir:etimadsızlıq, şəffaf olmayan ünsiyyət, lakin eyni informasiyadalğasında qalmaq zərurəti.
O informasiya dalğasında isə getdikcə daha ucadan Parisin,Vaşinqtonun və Brüsselin səsləri eşidilir. Və bu çoxsəslilik içindəKremlin qarşısında bir sual dayanır: Ermənistanı eşitmək istərmi,yoxsa onunla hələ də yalnız Köçəryan və keçmiş vasitəsilədanışmaqda israrlımı olacaq?
Ümumiyyətlə, bu gün Ermənistanın xarici siyasəti strateji xəttdeyil, taktiki improvizasiyadır. Paşinyanın hakimiyyət vertikali nəprioritetlərin seçilməsində, nə də alyansların formalaşdırılmasındaaydın mövqe nümayiş etdirir. O, Rusiya ilə qarşıdurma və Qərbdənnarazılıq arasında manevr edərək, "əbədi dilənçi" rolunda qalır:Moskvadan – təhlükəsizlik, Avropadan – investisiya, ABŞ-dan isə –diplomatik himayə istəyir.
Lakin üç lövhə üzərində oynanan bu oyun davamlı nəticə vermir.Qərb Ermənistana Rusiyaya və İrana qarşı təzyiq aləti kimi baxır,əvəzində real təminatlar təqdim etmir. Rusiya isə Ermənistanahələlik idarəolunan, lakin qeyri-sabit qonşu kimi yanaşır. Türkiyəvə Azərbaycan isə onu zəiflədilmiş, daxildən parçalanmış və sərtmilli özünüidentifikasiya qabiliyyətindən məhrum bir ölkə kimiqiymətləndirir. Bu düzəndə İrəvan artıq oyunçu yox, daha güclüaktorların strategiyalarının obyektinə çevrilir.
"Xarici siyasətin diversifikasiyası" kimi səslənən rəsmi formuladiqqətçəkici təsir bağışlasa da, əslində bu, konkret arxitekturasıolmayan, deklarativ bir iddiadır. Ermənistanda bu günə qədər nəalternativ ittifaqlar sistemi qurulub, nə müdafiə müstəqilliyiformalaşdırılıb, nə də uzunmüddətli iqtisadi dayanıqlıq təminolunub. Strateji investisiyaların yoxluğu və xarici ticarətdənasılılıq şəraitində İrəvanın edə biləcəyi yeganə şey simvolikaddımlardır.
Bu simvollara Moskvaya səfərlər də daxildir, Qərblə təmaslar da,Aİ-nin Azərbaycanla sərhəddə yerləşdirdiyi missiyada iştirak da.Hər bir belə addımın arxasında strateji baxış deyil, zamanqazanmaq, gərginliyi təxirə salmaq və suverenlik təəssüratınıqoruyub saxlamaq cəhdi dayanır.
Moskva tərəfi Paşinyanın hərəkətlərindən doğan açıq narazılığabaxmayaraq, praqmatik yanaşmanı qoruyur. Kremlin artıq illüziyalarıyoxdur: o başa düşür ki, açıq təzyiq və qarşıdurma ErmənistanınQərbə doğru son keçidini yalnız sürətləndirə bilər. Buna görə dətəsir dairəsini bərpa etmək üçün hibrid metodlara üstünlük verilir– media təsiri, "yumşaq güc", köhnə elitaların dəstəklənməsi vəinstitusional nəzarətin gücləndirilməsi. Bu isə həm parlamentmexanizmləri, həm də dolayı təzyiq kanalları vasitəsilə başverir.
Vacib məqam isə budur ki, Moskva Ermənistanı "qaytarmaq"istəyində deyil. Məqsəd – ittifaq yox, nəzarətdir. Hətta dövlətinözündən çox, onun daxilindəki siyasi balans üzərində nəzarət.Kremlə yetərlidir ki, İrəvan təhlükəsizlik, geosiyasi qərarlar vəsimvolik jestlər baxımından "icazə verilən çərçivəni" aşmasın.
Moskvada keçirilmiş paradda Paşinyanın iştirakıErmənistan-Rusiya münasibətlərində qeyri-müəyyənliyin nümayişi üçünvitrinə çevrildi. Formal olaraq – ortaq tarixə hörmət jesti.Əslində isə – dialoqun minimum səviyyədə də olsa mümkünsüzolmadığını göstərən səssiz siqnal. Bu yeni diplomatik format –bəyanatsız, protokolsuz, birgə mətbuat konfransları olmadan – artıqErmənistan-Rusiya münasibətlərində yeni norma kimi formalaşır.
Amma bu "yeni norma" strateji tərəfdaşlığın deqradasiyasını dagöstərir. Müttəfiqin simvolik tədbirlərdə epizodik iştirakçıyaçevrilməsi – etimad böhranının göstəricisidir. Rusiya bir zamanlarErmənistana regionda dayaq nöqtəsi kimi baxırdısa, indi onu zəif,qeyri-sabit və hələlik nəzarət altında saxlanılan bir postsovetölkəsi kimi görür.
Əslində Ermənistan bu gün geosiyasi qarşıdurma öncəsi məkanda –maraqların toqquşduğu, amma qərarların doğulmadığı məkanda mövqetutur. Bu məkanda artıq dövlətin iradəsi deyil, xarici təzyiqləringücü həlledici faktora çevrilir. Gerçək suverenlikdən imtina edibideoloji bəyanatlarla əvəzləyən bir ölkə nə Qərb strukturlarınainteqrasiya edə, nə də Şərqlə etibarlı əlaqələrini qoruyabilir.
Əgər İrəvan "diversifikasiya" anlayışından siyasiqeyri-müəyyənliyin eyhamı kimi istifadə etməyə davam etsə, yalnızMoskvanın etimadını itirməyəcək, eyni zamanda Brüsseli də məyusedəcək və sonda strateji vakuma düşəcək – nə müttəfiqi olacaq, nətəminatı, nə də istiqaməti.
O zaman isə istər Moskva, istər Paris, istərsə də Vaşinqtonsəfərləri – sadəcə uduzmuş diplomatiyanın protokol jestlərinəçevriləcək.