“Kontakt Home”dan aldığım məhsulda problem yaşadım, amma satıcı məsuliyyəti üzərindən atır. Halbuki məhsul “Qızıl zəmanət”lə alınıb.
“Kontakt Home”dan aldığım məhsulda nasazlıq yarandı. Mən məhsuldan normal istifadə etdiyim halda, problemi istifadəçi xətası kimi göstərdilər və zəmanətdən imtina etdilər. Rəsmi qurumlara — Antiinhisar Xidməti və İstehlakçı Hüquqları Cəmiyyətinə müraciət etmişəm. Hazırda araşdırma aparılır.
Mən bunu paylaşmaqla istəyirəm ki, digərləri də diqqətli olsun və oxşar vəziyyətlə qarşılaşdıqda hüquqlarını tələb etsinlər”.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.