AZ

Yanlış nəzəriyyəçilik, Soros xiffəti, sifariş...

“Ayna.az”informasiya saytınınbaş redaktoru Elçin Şıxlı “Media purizmi: əsaslara qayıtmağın vaxtıdır” başlıqlı məqalə yazıb. Azərbaycan mediasını “dənizdə fırtınaya düşmüş gəmi”yə bənzədərək, “keyfiyyətinaşağı düşdüyünü” iddia edib. Baş redaktor yaranmış duruma görə ölkədəki media mühitini günahkar sayır. Məqalənin motivi dövlətin media siyasətindən narazılığı ifadə edir.

“Purizm” media termini deyil. 1918–1925-ci illər arasında Fransada rəssamlıq və memarlıq sahəsində xüsusi hərəkat kimi formalaşaraq məşhurlaşıb. Mahiyyətcə milli memarlığı, mədəniyyəti, incəsənəti yad ünsürlərdən qorumaq, arınmaq,saflaşmaq anlamını daşıyır. Sonradan dilçilik nəzəriyyələrində təzahür edib. Milli dili xarici sözlərdən təmizləmək, saflığı qorumaq naminə ifrata varanaddımların atılmasınıehtiva edir. İfratçılığa əsaslandığı üçün bu hərəkat tənqid edilir, neqativ qarşılanır.

Elçin Şıxlı həmin termini media sahəsi üçün təşbeh qismində istifadə edir. Hiss olunur ki, media üzrə pərakəndə təkliflərlə çıxış edən “yeni media mütəxəssisləri”ndən iqtibas edib. Bu baxımdan həm özü çaşqın duruma düşüb, həm də oxucunu çaşdırıb. Yazının məzmunu ziddiyyətlidir. Müəyyən deyil ki, baş redaktor Azərbaycanda son 5 ildə həyata keçirilən media islahatlarını “purizm”ə bənzədərək tənqid edir, yoxsa media sahəsində “purizm”ə bənzər siyasət yürüdülməsini təklif edir? İdeya çaşqınlığı, fikirdəki qeyri-müəyyənlik fərqli ehtimallar yaradır. Yeri gəlmişkən qeyd edək ki, məqalə ideya və məzmun baxımından ziddiyətli olduğu kimi, həm də arqumental baxımdan kasaddır. Müqayisəli təhlil, statistik göstəricilərə istinad edilməyib. Hər hansı bir mənəbədən sitat gətirilməyib. Hansı ki, yaşadığımız dövrdə medianın kəmiyyətini və keyfiyyətini ölçmək, müqayisəli təhlillər aparmaqüçün modern texnologiyalara əsaslanan mənbələrmövcuddur. Həmin mənbələrə nəzər salmaqla, media sahəsində real mənzərəni görmək, təsəvvür formalaşdırmaq mümkündür. Elçin Şıxlı mənbələrdən yan keçir.

Məsələn, qeyd edir ki,“inkişaf etmiş ölkələr anlayıblar ki, informasiya müstəqilliyi yalnız güclü, strukturlu və peşəkar media ilə mümkündür...Bizim də seçim etməyimizin vaxtıdır...Sosial şəbəkələrlə onların dili ilə danışmaq, yəni oradakı səthi və ucuz kontent səviyyəsinə enmək olmaz..”. Belə qənaət aşılayır ki,“media siyasətinin yanlışlığı səbəbindən”Azərbaycanda “peşəkar media sosial media platformalarına uduzur”. Bu fikri nəyə əsasən deyir? Mənbə, arqument, sitat, müqayisə yoxdur. Əgər mənbələrə müraciət etsəydi, məsələn, “Metrix.az”-a nəzər salsaydı, yanlış fikir yürütdüyünü özü də görərdi.

Məlumat üçün qeyd edək ki, sosial media platformalarının inkişafı fonundapeşəkar medianın auditoriya itkisinə məruz qalması faktı lokal yox, qlobal prosesdir. Beynəlxalq tədqiqat mərkəzlərindən olan “Statista” (statista.com ) sonhesabatında qeyd edir ki, 2024-ci ildə dünya əhalisi arasında sosial şəbəkə istifadəçilərinin sayı 5.22 milyardnəfərə çatıb. Ümumilikdədünya əhalisinin 63,8 faizi informasiyanı sosial şəbəkələr üzərindən alır və yayır. Tədqiqatda qeyd edilir ki, peşəkar media informasiya məkanında mövqelərini itirir, sosial şəbəkələr qazanır. Elçin Şıxlının örnək olaraq təqdim etdiyi Avropa dövlətlərində də vəziyyət bu durumdadır.

Mövzu beynəlxalq jurnalist təşkilatlarının gündəmində yer tutur. Bu qaydasız mübarizədə peşəkar medianın mövqelərinin, jurnalistlərin hüquq və səlahiyyətlərinin qorunub saxlanılması üçün təkliflərhazırlanır.Keyfiyyətli Jurnalistika Uğrunda Beynəlxalq Hərəkat (KJUBH) da bu səbəbdən təsis edilib. KJUBHjurnalistikanı sosial medianın yaratdığıtəhdidlərdən qorumağa çalışır. Bu istiqamətdə təkliflər verir. Tələb olunur ki, Avropa dövlətləri öz seqmentindəsosial şəbəkə platformalarından 6 faizlik vergi tutsunlar, əldə edilən vəsaiti peşəkar medianın inkişafına yönəltsinlər. Amma “Qərb” dövlətləri bu təklifləri nəzərə alıb pozitiv yönlü iş görmək əvəzinə, bəzən neqativ hərəkətlər edirlər. Məsələn, ABŞ-nin yeni prezidenti Donald Tramp özünün inaqurasiya mərasiminə “nüfuzlu, peşəkar media subyektləri”nin təmsilçilərini deyil, “texnologiya nəhəngləri”ni, sosial şəbəkə platformalarının yaradıcılarınıdəvət etməklə, vəziyyəti ikincilərin xeyrinə dəyişdi. Əlavə olaraq, yanvarın 24-də “peşəkar media qurumlarınamaliyyə dəstəyi göstərən” USGMA-nın fəaliyyətinin dayandırılmasına sərəncam verməklə, vəziyyəti daha da ağırlaşdırdı.
Ekspertlər bildirirlərki, proses indiki formada davam edərsə, qarşıdakı 10-15 il müddətində ümumiyyətlə peşəkar media sosial şəbəkə platformalarına inteqrasiya edəcək, ənənəvi jurnalistika sıradan çıxacaq.

Azərbaycan önləyici addımlar atır

Vəziyyət ciddidir, proqnozlar neqativ yüklüdür. Amma Elçin Şıxlının iddialarında qeyd edilənlərdən fərqli olaraq, bunun günahkarı Azərbaycanın media siyasəti deyil. Proses qlobaldır, geridönməzdir. Bəziləri ona müqavimət göstərməyi, bəziləri isə prosesə qoşulub “daha da irəli getməyi” təklif edirlər. Azərbaycan isə ortaq bir xətt tutur: nə sosial şəbəkələrin inkişafınısüni şəkildə əngəlləmir, nə də peşəkar medianın zəifləyərək sıradan çıxmasına imkan vermir. Prosesin ziyansız, zərərsiz ötüşməsi üçün orijinal proqramlar tərtib edir. Bu yol peşəkar medianın mövqelərini möhkəmləndirmək üçün qanunvericilik bazasının təkmilləşdirilməsindən, peşəkar media üçündəstək proqramlarının icra olunmasından keçir.

Azərbaycan media məkanında 2020-ci illərdən etibarən həyata keçirilən islahatlar dalğası spesifik xüsusiyyətlərə malikdir. Öncəki proqramlardan əsas fərqi budur ki, sonuncu dəyişiklər kompleks xarakterlidir. Prezident İlham Əliyevin2021-ci il yanvarın12-də imzaladığı “Media sahəsində islahatların daha da dərinləşdirilməsi haqqında” Fərman media üzrə bütün komponentləri əhatə edir, bütövlükdə media mühitinin yeniləşdirilməsini ehtiva edir.Paralel olaraq, jurnalistlərin sosial durumunu və statuslarını dadiqqətə alır.

“Media haqqında” Qanun peşəkar medianı təhdidlərdən qoruyur

Fərmana uyğun olaraq, media sahəsinitənzimləyən qanundəyişdirilib. 2022-ci ildə qüvvəyə minmiş “Media haqqında” Azərbaycan Respublikasının Qanunu əvvəlkindən fərqləndirən əsas məqamlardan biri də budur ki, o, media subyektlərinin dəqiq təsnifatını verir. Çap, onlayn, audiovizual mediasubyektlərinin,informasiya agentliklərinin standartlarını, fəaliyyət çevrəsinimüəyyənləşdirir. Qanun rəqəmsal transformasiya dövründə media subyektlərinin tiplərinin qorunub saxlanılmasını təmin edir.

Yeni qanun media subyektləri ilə yanaşı, jurnalistlərin də statuslarını, hüquq və vəzifələrini dəqiq ifadə edir. Bu, yeni media alətlərinin inkişaf etdiyi, sosial şəbəkələrin intişar tapdığıbir dövrdə peşəkar jurnalistikanın mövqeyini möhkəmlətmək, onu yad ünsürlərdən təmizləmək üçün faydalıdır. Azərbaycanda yenilənmiş“Media haqqında” Qanunpeşəkar jurnalistikanı qoruyub yaşatmaq istəyəndünya ölkələri üçün bir örnəkdir. O, sosialmedia istifadəçiləri, həvəskar xəbər istehsalçılarıilə peşəkar jurnalistlər arasındakı sərhədləri çox dəqiq şəkildə müəyyənləşdirir. Həmçinin, konvergensiya olunmuş ənənəvi media qurumları ilə sosial şəbəkə platformaları üzərindən xəbər yayan həvəskarlar arasındakı fərqi göstərir. Bir cümlə ilə ifadə etsək, “Media haqqında” Qanun Azərbaycanda peşəkar medianın inkişafına təminat verir, onu sosial şəbəkələrin yaratdığı təhdidlərdən qoruyur.

Müstəqil medianın inkişafı üçün tətbiq edilən güzəştlər

Sərhədlərin müəyyənləşməsi peşəkar media üçün güzəştlərin və imtiyazların tətbiq olunmasına şərait yaradır. Təsadüfi deyil ki, “Media haqqında” Qanun imzalandığı gün- 8 fevral 2022-ci il tarixdəPrezident İlham Əliyev həm də “İpoteka qanunvericiliyi üzrədəyişikliklər”i təsdiqləyib. Jurnalistlərə dövlət təminatlı, güzəştli ipoteka kreditindən istifadə etmək hüququ verilib. Qanunun qəbulundan 3 ay sonra, 13 may 2022-ci il tarixində isə Azərbaycanda kütləvi informasiya məhsullarıının ərsəyə gəlməsi üçün kağızın idxalı və satışı Əlavə Dəyər Vergisindən(ƏDV) azad edilib.
Prosesin davamı olaraq, 2023-cü il yanvarın 1-dən ölkə mətbuatına vergi tətilləri tətbiq olunub. Çap və onlayn media subyektləri gəlir (mənfəət) və sadələşdirilmiş vergilərdən, eyni zamanda əlavə dəyər vergisindən 3 il müddətinə azad edilib. 2025-ci ilin yanvar ayında mülki müqavilə ilə çalışan jurnalistlərivergi yükünün 75 faizindən azad edən qərar qüvvəyə minib.

Bu dövr ərzində media subyektlərinin inkişafını təmin etmək üçün veriləndövlət dəstəyinin həcmi artırılıb.Məlumat üçün bildirək ki, 2009-2020-ci illər aralığında ölkədə dövlət hesabınayalnız çap media subyektlərinə- qəzetlərə dəstək göstərilirdisə, indi həmin dəstək həm də onlayn media subyektlərinə aid edilir. Son 3 ildəhər il üzrə 39 xəbər saytına (xəbər portalına) müsabiqəli yardımlar göstərilib. 39 xəbər saytı, 17 qəzet redaksiyası olmaqla ümumilikdə il ərzində 56 media subyektinə iqtisadi müstəqilliyinin gücləndirilməsi, maddi-texniki təminatlarının yaxşılaşdırılması, faliyyətinin təkmilləşdirilməsi və keyfiyyətin artırılması məqsədilə maliyyə yardımı ayrılır. Bu, ölkədə peşəkar media subyektlərinin qurulmasını, inkişafını və peşəkarlaşmasını stimullaşdırır.
Onlayn media subyektlərinin statusu tanınıb

Yeri gəlmişkən qeyd edək ki, “Media haqqında” Qanunun gətirdiyi yeniliklərdən biri də budur ki, onlayn media subyektlərinin statuslarını tanıyır. 1999-cu ildə qəbul edilmiş “KİV haqqında qanun”da bu sahədə boşluq olub. Düzdür, həmin qanunun 3–cü maddəsi“İinternet informasiya ehtiyatları”nı da “kütləvi informasiya xidməti” kimi təsbit edib. Amma bu müddəa sonrakı bəndlərdə inkişaf etdirilməmişdi. Xəbər portallarının, internet TV-lərin statusları tanınmırdı. 2022-ci ildən qüvvəyə minmiş “Media haqqında” Qanun isə qeyd edilən boşluğuaradan qaldırır. İnternet media resurslarının strukturunu və statusunu müəyyən edir.14 oktyabr 2022-ci ildən etibarən fəaliyyətə başlayan Azərbaycan Respublikasının Media Reyestri ölkənin bütün ciddi media resursları kimi, onlayn media subyektlərini də uçota alır.

Media Reyestrində qeydə götürülmək üçün xəbər saytları qarşısında orjinal məzmun yaradıcılığı tələbinin qoyulması bu seqmentdə keyfiyyət göstəricilərinixeyli dərəcədəyüksəldir. Bu, Elçin Şıxlının iddia etdiyi kimi, “kəmiyyət dalınca qaçıb, keyfiyyəti itirmək” anlamına gəlmir. Saytlar keyfiyyətli, etimadlı,məzmun müxtəlifliyi olan xəbərlər yaymaq üçün daha çox çalışırlar və nəticədə özləri də institutlaşıb peşəkarlaşırlar.Media Agentliyinin qurduğu monitorinq sistemi real dataları (orjinal kontent, istinad sayları və s ) ortaya qoyurvə bunun nəticəsində sayt vitrini yenilənir. Onlayn mediaya dövlət dəstəyinin göstərilməsi bu platformada qeyri-şəffaflıq meyillərini də azaldır.
İnformasiya təminatı baxımından peşəkar media sosial şəbəkələri üstələyir

Yeri gəlmişkən, Azərbaycanda həm onlayn media subyektlərinin, həm də audiovizual media subyektlərinin reytinq ölçüləri beynəlxalq standartlara uyğun olaraqhəyata keçirilir. “Metrix.az” və “Marsa Ltd” müasir texnologiyaya əsaslanaraq, milli media subyektlərinin auditoriya üzərində təsirini müəyyənləşdirir. Təsvirlərdən görünür ki, Azərbaycanın peşəkar media subyektlərinin auditoriyaya təsirləri yüksəkdir. On minlərlə, yüz minlərlə oxucusu, milyonlarla tamaşaçısı olan media subyektləri mövcuddur. İstənilən şəxs bu qurumların saytlarına daxil olub Azərbaycanın peşəkar media subyektlərinin auditoriya tərəfindən necə qarşılandığını müəyyənləşdirə bilər.

Məlumat üçün qeyd edək ki, son 5 ildə həyata keçirilən tədbirlərin nəticəsi olaraq, Azərbaycanın milli media resursları xarici mediada və beynəlxalq hesabatlarda istinad mənbəyinə çevrilə biliblər. Əgər 44 günlük Vətən Müharibəsi zamanı dünya mediası Azərbaycanın həyata keçirdiyi hərbi əməliyyatlar barədə məlumatlarıdaha çox Türkiyə informasiya agentliklərindənvə Türkiyə TV-lərindən alırdılarsa, indi bu tendensiya dəyişib. 2021-ci ildən sonrakı bütünü proseslərdə, o cümlədən antiterror əməliyyatlarında xarici medianın istinadları tamamilə Azərbaycan mediasının üzərinə köklənib. Yerli media xarici KİV-lərin Azərbaycanla bağlı xəbərlərindəən çox istinad etdiyi resurslara çevrilib.

Diqqət yetirsək görərik ki, milli media subyektləri əvvəllər yalnız Azərbaycanaqarşı hücumlara cavab verir, müdafiə məzmunlu çıxışlar edirdilər. İndi isə önləyici tədbirlər alırlar, ölkənin maraqları ilə bağlı məsələlərdə olduqca səviyyəli araşdırmalar apara, yeni faktlar tapıbtəqdim edə bilirlər. Beləliklə, rəqib ölkələrin media subyektlərində və sosial şəbəkə seqmentində cavab reaksiyalarına,istinadlara səbəb olurlar.Misal olaraq İran, Fransa və ABŞ mediası tərəfindən müxtəlif vaxtlarda baş vermişmedia hücumlarına Azərbaycan mediası tərəfindən peşəkar, operativ cavablar verilməsini və informasiya mübarizəsindəki uğurları göstərə bilərik. Milli media ölkənin informasiya sərhədlərini qorumaq gücünü qazanıb.

Peşəkar media subyektlərinin inkişafı istər-istəməz sosial media seqmentinə də təsir göstərib. Hazırda informasiya siyasətində məğlub durumda olduğumuz heç bir media seqmenti mövcud deyil. İstər ənənəvi, peşəkar media seqmenti, istərsə də sosial şəbəkə platformalarının milli seqmenti heç bir xarici ölkənin informasiya vasitəsinin təsirində deyil. İndi bütün sosial şəbəkə platformalarında yüksək baxışı olan səhifələryerli media resurlarına məxsusdur. Bu sıradaQafqazinfo,APA TV (fb), Baku TV, CBC, İTV və digərlərinin sosial media hesabları önəmli yer tutur.

“Ayna.az” saytı reytinq ölçən təşkilatların səhifələrində görünmür

Özünə güvənən, reklam almaq istəyən saytlar reytinq ölçən qurumlarla əməkdaşlıq edirlər. Auditoriyaya təsir imkanlarını şəffaf şəkildə təqdim edirlər. Maraqlıdır ki, “Ayna.az” xəbər saytının adı nə milli, nə də beynəlxalq sayğac sistemlərinin heç biri tərəfindən qeydə alınmayıb. “Metrix.az”, “Live internet” kimi qurumların saytlarına baxsaq görərik ki, “Aynaz.az” saytı nə ilk “beşlikdə”, nə “onluqda”, nə də “iyirmilik” də görünmür. Elçin Şıxlının Azərbaycanın peşəkar mediası barədə bədbin fikirləri bəlkə bu nöqtədən yaranır?“Ayna.az” saytının oxucusuz qalması bütövlükdə Azərbaycan mediası üçün xarakterik hal deyil. Bunun səbəbi E.Şıxlının yanlış nəzriyyəçiliyi, zamanında işini yeni media mühitinin tələblərinə uyğunlaşa və işini düzgün qurabilməməsi, Soros Fondu və digər bu kimi xarici mənbələrdən maliyyəsinin dayanmasıdır.

İnsanlar iddialara, mülahizələrə deyil, real işlərə görə qiymətləndirmə aparırlar. E.Şıxlı vaxtilə populyar olan “Zerkalo”nu inkişaf eydirmək və yeni dövrün tələblərinə uyğun transformasiyasını həyata keçirmək əvəzinə, sadə bir yol tutdu – qəzeti bağladı. Sonradan fəaliyyətini qurmağa çalışdığı “Ayna”nın aqibəti ortada. Rəhbərlik etdiyi Azərbaycan Jurnalistlər Birliyinin də adı var, özü yoxdu. Ən maraqlısı da budur ki, onun yaxın çevrəsi və malik olduqları media resursları da eyni durumu yaşadılar. Media mühitini, zamanın çağırışlarını düzgün qiymətləndirənlər belə nəticə yaşamazdılar.

Düşündürücü başqa bir məsələ də var. E.Şıxlının yanlış nəzəriyyəçiliyinin əsl motivi nədir? Sifarişmi, Soros xiffətimi, yoxsa başqa bir səbəb var?

Müşfiq ƏLƏSGƏRLİ

Seçilən
0
3
aznews.az

4Mənbələr