AZ

"Bavariya" Florian Virtsi transfer etmək niyyətindədir

"Bavariya" yay transfer pəncərəsində "Bayer Leverkuzen"in yarımmüdafiəçisi Florian Virtsi heyətinə qatmaq üçün danışıqları davam etdirir.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq "X" sosial şəbəkəsində (əvvəlki Twitter) yazıb.

Onun sözlərinə görə, artıq iki klub arasında ilkin danışıqlar başlayıb. Münhen təmsilçisi iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək Klublararası Dünya Çempionatı öncəsi futbolçunun transferini reallaşdırmağa çalışır.

Bununla belə, "Bayer" rəhbərliyi Virtsi ən azı gələn yayadək komandada saxlamağa ümid edir. Münhen klubu isə bu transfer üçün təxminən 150 milyon avro ödəməyə hazırdır.

Florian Virts bu mövsüm "Bayer" forması ilə bütün turnirlərdə 44 oyuna çıxıb, 16 qol vurub və 15 məhsuldar ötürmə ilə yadda qalıb. Gənc futbolçunun Leverkuzen təmsilçisi ilə müqaviləsi 30 iyun 2027-ci ilə qədər qüvvədədir.

Seçilən
0
13
90deqiqe.az

10Mənbələr