AZ

Türkiyə hökuməti terror təhlükəsinin tam aradan qaldırılması məsələsini müzakirə edəcək

Bakı. Trend:

Türkiyə hökumətinin bu gün Prezident Rəcəb Tayyib Ərdoğanınsədrliyi ilə keçiriləcək iclasının gündəliyində duran əsasməsələlərdən biri də terror probleminin Türkiyənin gündəmindənçıxarılmasıdır.

Trend xəbərverir ki, iclasda 1984-cü ildən bu yana qanlı əməlləri ilə onminlərlə Türkiyə vətəndaşının həyatına son qoyan PKK terrortəşkilatının fəaliyyəti dayandırıldıqdan sonra atılacaq addımlarxüsusi vurğulanacaq.

Bu arada, Türkiyənin aparıcı media orqanları mayın 12-də səhərsaatlarında PKK terror təşkilatının özünü ləğv etdiyi xəbəriniyayıb.

Qanlı strukturun nümayəndələri silahlı fəaliyyətindayandırılması və təşkilatın dağıdılması qərarının Türkiyəninİmralı adasında ömürlük həbs cəzası çəkən PKK lideri AbdullaÖcalanın müvafiq çağırışına cavab olaraq verildiyiniaçıqlayıblar.

Türkiyə mətbuatı yazır: “Öcalanın bu il fevralın 27-də etdiyiçağırışa cavab olaraq, PKK-nın “Konqres Şurası” mayın 5-7-dətoplaşaraq PKK adlı “missiyaya” son qoymaq qərarına gəlib”.

Seçilən
0
4
az.trend.az

5Mənbələr