AZ

PKK-nın özünüləğb qərarına AKP-dən ilk reaksiya

BAKI, 12 may. TELEQRAF

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik PKK terror təşkilatının qərarından sonra ilk rəsmi açıqlamanı verib.

Teleqraf xəbər verir ki, AKP sözçüsü bunun Türkiyə üçün mühüm addım olduğunu bildirib.

“PKK-nın özünü ləğv edərək silahı yerə qoyması “Terrorsuz Türkiyə” hədəfinə doğru atılan mühüm addımdır. Terrorizm tamamilə bitərsə, yeni dövrün qapısı açılacaq. PKK-nın bütün qanad və uzantılarını və qeyri-qanuni strukturlarını əhatə edəcək qərarın konkret və tam icrası dönüş nöqtəsi olacaq”, - Çelik bildirib.

Seçilən
0
teleqraf.com

1Mənbələr