İspaniyanın "Real" klubunun futbolçusu Kilian Mbappe Madrid təmsilçisinin heyətində XXI əsrdə "El Klasiko"da yeni rekorda imza atıb.
"Report" “Opta Sports”a istinadən xəbər verir ki, 26 yaşlı hücumçu bu müddətdə "Barselona"ya qarşı matçlarda het-trik edən ilk oyunçu olub.
"Kral klubu" ötən gün La Liqanın XXXV turunda səfərdə rəqibinə 3:4 hesabı ilə uduzub. Mbappe 5-p., 14 və 70-ci dəqiqələrdə rəqib qapısına yol tapıb.
Daha əvvəl "Real"da "El Klasiko"larda bir görüşdə üç qol vuran futbolçu 1995-ci ilin yanvarında çilili forvard İvan Zamorano olub.
Qeyd edək ki, XXI əsrdə "Barselona"da Luis Suares və Lionel Messi bu qarşılaşmalarda het-trik edib.