AZ

Azərbaycan karateçiləri Polşada keçirilən dünya çempionatını 7 medalla başa vurdular

Polşanın Pulavı şəhərində karatenin fudokan üslubu üzrə 10-cu dünya çempionatı keçirilib.

Operativ Media xəbər verir ki, böyüklər arasında Kamran Heydərzadə (80 kq) bürünc, Babək Qələmzadə isə mütləq çəki dərəcəsində gümüş medal qazanıblar. Gənclərin mübarizəsində Tahir Ələkbərov (75 kq) qızıl, Məhəmməd Bağırov (65 kq) isə gümüş medala sahib olublar.

16-17 yaşlı idmançılar arasında keçirilən yarışda Şəfaqət Zeynallı və Qorxmaz Səfərli (hər ikisi 60 kq) çempion adını qazanıblar. Uşaqlar arasında Yusif Mustafazadə (35 kq) bürünc medal əldə edib.

Qeyd edək ki, daha əvvəl keçirilən yarışlarda böyüklər arasında Hacıəli Vəlizadə (80 kq) və 21 yaşadək idmançılar arasında Vüsal Seyidov (60 kq) qızıl, veteranlar arasında isə Siyavuş Bayramov (75 kq) bürünc medala yiyələniblər.

Seçilən
0
operativmedia.az

1Mənbələr