Bu gün Misli Premyer Liqasında XXXIV tura yekun vurulub.
Offsideplus.az xəbər verir ki, çempionluğu təmin edən "Qarabağ" turun son qarşılaşmasında "Araz-Naxçıvan"ı qəbul edib.
Bu görüş tərəflərin arasında cari mövsüm 6-cı oyun olub. İndiyə qədər olan 5 matçda "Qarabağ", 1-də isə Naxçıvan təmsilçisi qazanıb.
"Araz-Naxçıvan"ın yeganə qələbəsi Azərbaycan Kubokunda olub.
"Qarabağ" 80 xalla çempionluğu təmin edib. Muxtar Respublika komandası isə 55 xalla 3-cüdür.
11 May
20:00. “Qarabağ” - “Araz-Naxçıvan” 2:0
Qol: Musa Qurbanlı, 32. Aleksey Kaşuk 59.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
VAR: Rauf Cabarov
AVAR: Rəhman İmami
“Azersun Arena”