"İnanıram ki, oyun hamının xoşuna gəldi. Maraqlı oyun oldu. Premyer Liqada qalmağı təmin etməyimizə baxmayaraq uşaqlar yaxşı mübarizə apardılar. Bütün "Kəpəz" camiəsini təbrik edirəm".
- Komanda Premyer Liqada qalmağı təmin etmişdi. Dünən həm də klubun yeni sponsoru açıqlandı. Bu amillərin komandanın motivasiyasına təsiri oldu?
- Hər ikisi ola bilər. Hər oyun futbolçunun həyatında yeni səhifədir. Bir amil də odur ki, üzərimizdə psixoloji basqı yox idi.
- Növbəti mövsümün planları cızılmağa başlayıb?
- Yaxın vaxtlarda bu sualların hamısına cavab verəcəyik.
“Karvan” transferlərə start verdi: İLK HƏDƏF ODUR
Rahil Məmmədov qərarını verdi: Avropada qalır!
“Qarabağ” 10 pillə irəlilədi, “Sabah” və “Araz-Naxçıvan”dan sıçrayış
Millimizin üzvü oynadı, komandası qalib gəldi
“İmişli”dən bəyanat: “Bu gün bizim uğurumuza sevinə bilməyənlər…”