Misli Premyer Liqasında XXXIV turun son oyunları keçirilir.
Offsideplus.az xəbər verir ki, günün ilk matçında "Kəpəz" Tovuzda "Sumqayıt"ı qəbul edib.
Hər iki komanda artıq Premyer Liqada qalmağı təmin edib. Ona görə də bu matç formal xarakter daşıyır.
"Sumqayıt" 30 xalla 9-cu, "Kəpəz" isə 32 xalla 8-ci yeri tutur.
11 May
18:00. “Kəpəz” - “Sumqayıt” 1:0
Qol: Rauf Hüseynli, 9 (pen.)
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Tovuz şəhər stadionu