"Fənərbağça"nın yeni mövsümdə Joze Mourinyo ilə davam edib-etməyəcəyi dəqiq deyil.

Offsideplus.az xəbər verir ki, İstanbul klubunun rəhbərliyi bu barədə yekun qərarını verməyib. Əgər portuqaliyalı mütəxəssis komandada qalarsa, o zaman İsmail Yüksek komandadan ayrılacaq. Baş məşqçi dəyişikliyi olarsa, türkiyəli yarımmüdafiəçi qərarını dəyişə bilər.

Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat verib.

İ. Yüksek ötən mövsüm komandanın əsas üzvlərindən biri idi. O, Mourinyo dövründə daha çox meydana sonradan daxil olur.