Misli Premyer Liqasında XXXIV tura bu gün yekun vurulacaq.
Offsideplus.az xəbər verir ki, günün ilk matçında "Kəpəz" Tovuzda "Sumqayıt"ı qəbul edəcək. Hər iki komanda artıq Premyer Liqada qalmağı təmin edib. Ona görə də bu matç formal xarakter daşıyır.
"Sumqayıt" 30 xalla 8-ci, "Kəpəz" isə 29 xalla 9-cu yeri tutur.
11 May
18:00. “Kəpəz” - “Sumqayıt”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Tovuz şəhər stadionu