BAKI, 11 may. TELEQRAF
Azərbaycan və Türkiyə hərbçiləri Naxçıvanda birgə təlim keçirib.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
"9-cu Komando Briqadası Komandanlığımız ilə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun tərkibində olan bölmələr “Birgə Komando Təlimi” keçirib", - məlumatda qeyd olunub.