AZ

Ərdoğan və Putin arasında telefon danışığı oldu

​BAKI, 11 may. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın dövlət başçısı Vladimir Putinlə telefonla danışıb.

Teleqraf xəbər verir ki,telefon söhbəti zamanı liderlər arasında Türkiyə ilə Rusiya arasındakı ikitərəfli əlaqələr, eləcə də regional və qlobal məsələlər müzakirə edilib.

Ərdoğan Rusiyanın Ukrayna ilə sülh danışqlarının İstanbulda davam etdirilməsi istiqamətində təklifinin məmnuniyyətlə qarşılandığını bildirib və Türkiyənin danışıqlara ev sahibliyi etməyə hazır olduğunu ifadə edib.

Türkiyə Prezidenti sülh üçün tarixi fürsət yarandığını və genişmiqyaslı atəşkəsin, sülh danışıqları üçün lazım olan mühiti yaradacağını vurğulayıb.

Seçilən
0
50
teleqraf.com

10Mənbələr