AZ

ABŞ-İran danışıqlarının dördüncü raundu başladı

​BAKI, 11 may. TELEQRAF

Omanın paytaxt Maskatda ABŞ-İran danışıqlarının dördüncü raundu başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə İranın "ISNA" informasiya agentliyi məlumat yayıb.

Qeyd edək ki, ABŞ və İran Omanın vasitəçiliyi ilə üç raund danışıqlar aparıb. Birinci raund aprelin 12-də Maskatda, ikinci raund aprelin 19-da Romada, üçüncü raund isə aprelin 26-da yenidən Omanın paytaxtında baş tutub. Danışıqlarda İran nümayəndə heyətinə Əraqçi, Amerika nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiven Vitkoff başçılıq edir.

Seçilən
0
teleqraf.com

1Mənbələr