AZ

PSJ matça klub tarixinin ən gənc heyəti ilə çıxıb

Fransa Liqa 1-də çempionluğu təmin edən PSJ rekorda imza atıb.

Apasport.az xəbər verir ki, komanda XXXIII turun "Monpelye" ilə görüşünə (4:1) klub tarixinin ən gənc start heyətini çıxarıb. 

Meydanda yer alan futbolçuların orta yaşı 21 yaş 251 gün olub.

Paris təmsilçisinin əsas futbolçuları - Canluici Donnarumma, Əşrəf Hakimi, Markinyoş, Uilyam Paço, Nuno Mendeş, Vitinya, Fabian Ruiz və Usman Dembele matçın heyətində yer almayıblar.

Baş məşqçi Luis Enrike həmin oyunçulara istirahət verib.

Kerem vurdu, “Benfika” heç-heçə etdi

“Bavariya” qalib gəldi - Çempionluğunu qeyd etdi

La Liqa: “Valensiya”dan inamlı qələbə

“Qalatasaray” Trabzon səfərindən 3 xalla qayıdır

Premyer Liqa: “Siti” “Southempton”la bacarmadı

Seçilən
0
apasport.az

1Mənbələr