AZ

Ronaldo ilə danışıqlar tamamilə dayandırıldı

Daha əvvəl xəbər verdiyimiz kimi, Səudiyyə Ərəbistanı çempionatının 30-cu turunun “Əl-İttihad”a qarşı oyunundan (2:3) sonra “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun davranışı klub rəhbərliyinin xoşuna gəlməyib.

Final fitindən sonra portuqaliyalı aktiv jestlər edib və nəticədən narazılığını bildirib.

Publika.az xəbər verir ki, nüfuzlu “Marca” nəşrinin məlumatına görə, bu vəziyyətdən sonra Ronaldo ilə “Əl-Nəsr” arasında yeni müqavilə ilə bağlı danışıqlar tamamilə dayandırılıb, baxmayaraq ki, futbolçu əvvəllər tərəfdaşlığı daha 2 mövsüm uzatmağa razılaşıb.

Seçilən
0
publika.az

1Mənbələr