AZ

Şri-Lankada avtobusun dərəyə aşıb, 21 nəfər ölüb

Bakı. Trend:

Şri-Lankanın mərkəzində sərnişinləri daşıyan avtobusun dərəyəaşması nəticəsində 21 nəfər ölüb, 30-dan çox insan yaralanıb.

Trend-in məlumatına görə, bu barədə yerli polis xəbər verib.

"Nuwara Eliya-Qampola əsas yolunda avtobus yoldan çıxıb vədərəyə düşüb", - deyə qeyd olunub. Qəzada ölənlərin şəxsiyyətihələlik müəyyən edilməyib.

Dövlətə nəqliyyat şirkətinə məxsus avtobusun Kataraqamaziyarətgahından Kuruneqala şəhərinə gedən 75 sərnişini daşıdığıbildirilib.

Seçilən
0
1
az.trend.az

2Mənbələr