AZ

“Qarabağ” 10 pillə irəlilədi, “Sabah” və “Araz-Naxçıvan”dan sıçrayış

Klubların dünya reytinqi açıqlanıb.

Apasport.az xəbər verir ki, İFFHS-in cədvəlində planetin 501 ən yaxşı komandası yer alıb.

Siyahıda Azərbaycanı 4 klub təmsil edib. “Qarabağ” 143,50 xalla dünyada 114-cüdür. Ağdam klubu ötən ayla müqayisədə 10 pillə irəliləyib.

“Zirə” 94,50 xalla 233-cüdür. Bakı klubu 13 pillə geriləyib.

“Sabah” 68,50 xalla 367-cidir. Paytaxt təmsilçisi 26 pillə irəliləyib.

“Araz-Naxçıvan” 58,75 xalla 454-cüdür. Naxçıvan təmsilçisi 38 pilləlik sıçrayışla irəliləyib.

Qeyd edək ki, cədvələ 490 xalla “Real” başçılıq edir.

Kurban Berdıyev: "Bunun üçün utanırıq"

Samir Abasov: "Azarkeşlərimizə o qədər vədlər verilib ki..."

“Neftçi” “Turan Tovuz”u məğlub etdi - YENİLƏNİB

Bakıda "Dünya Neft və Qaz Kuboku 2025" layihəsinə start verilib

Elvin Məmmədov: "Özüm barədə böyük-böyük danışmaq istəmirəm"

Seçilən
0
apasport.az

1Mənbələr