AZ

İran xarici işlər naziri nüvə müzakirələrində iştirak etmək üçün Omana səfər edib

Bakı. Trend:

İran xarici işlər naziri Seyid Abbas Araqçi nüvə proqramı iləəlaqədar İran-ABŞ dolayı müzakirələrinin növbəti raundunda iştiraketmək məqsədilə Oman paytaxtı Məsqətə səfər edib.

Trend-inməlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuatkatibi İsmayıl Bəqai yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, ötən 3 raundda olduğu kimi müzakirəlrəin4-cü raundu da Oman Krallığı xarici işlər naziri Seyid BədrƏlbusəidinin vasitəçiliyi ilə baş tutacaq.

Bəqai bildirib ki, 4-cü raund müzakirələr Məsqətdə yerli vaxtlasaat 12:00-da başlanacaq. Müzakirələr zamanı lazımiməsləhətləşmələr üçün İranın mütəxəssis və ekspertlərdən ibarəttexniki heyəti də Məsqətdədir.

“İranın nümayəndə heyəti ölkə tərəfindən elan olunançərçivələrdə İranın nüvə enerjisindən dinc istifadə sahəsində əldəetdiyi qiymətli nailiyyətləri qorumaq, ölkə iqtisadiyyatı əleyhinətətbiq olunan sanksiyaları və məhdudiyyətləri ləğv etmək üçün bütünsəyini göstərəcək”, - deyə o qeyd edib.

Qeyd edək ki, 12, 19 və 26 aprel tarixlərində İran və ABŞarasında İranın nüvə proqramı ilə əlaqədar dolayı müzakirələrin 3raundu keçirilib. Dolayı müzakirələr Oman Krallığının xarici işlərnaziri Seyid Bədr Əlbusəidinin vasitəçiliyi, İran nümayəndəheyətinə xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ nümayəndəheyətinə ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi StivUitkofun başçılığı ilə təşkil olunub. Müzakirələrin 1 və 3-cüraundu Oman paytaxtı Məsqətdə, 2-ci raundu isə İtaliya paytaxtıRomada baş tutub.

Məqalədə:
Seçilən
0
50
az.trend.az

10Mənbələr