Bu gün Misli Premyer Liqasında XXXIV tura yekun vurulacaq.
Offsideplus.az xəbər verir ki, çempionluğu təmin edən "Qarabağ" turun son qarşılaşmasında "Araz-Naxçıvan"ı qəbul edəcək. Bu görüş tərəflərin arasında cari mövsüm 6-cı oyun olacaq. İndiyə qədər olan 5 matçın 4-nü "Qarabağ", 1-ni isə Naxçıvan təmsilçisi qazanıb.
"Araz-Naxçıvan"ın yeganə qələbəsi Azərbaycan Kubokunda olub.
"Qarabağ" 80 xalla çempionluğu təmin edib. Muxtar Respublika komandası isə 55 xalla 3-cüdür. Onlar bu görüşdən 1 xalla ayrılarsa, 3-cü yeri təmin edəcək. Bu da onların növbəti mövsüm avrokuboklarda çıxış etməyini rəsmiləşdirəcək.
11 May
20:00. “Qarabağ” - “Araz-Naxçıvan”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
VAR: Rauf Cabarov
AVAR: Rəhman İmami
“Azersun Arena”