AZ

Klimov: Atəşkəs çağırışı Qərb ölkələrinin münaqişəyə qarışdığını sübut edir

​BAKI, 11 may. TELEQRAF

Rusiya Federasiya Şurasının üzvü Andrey Klimov Ukraynanın xarici işlər nazirinin son açıqlamasında Qərb ölkələrinin Rusiyaya qarşı hərbi fəaliyyətlərdə iştirak etdiyinə dair dolaylı sübutlar olduğunu bildirib.

Teleqraf xəbər verir ki, bu barədə senator şəxsi Teleqram kanalında yazıb.

Klimovun sözlərinə görə, nazir Andrey Sibiganın 12 maydan etibarən quru, hava və dənizdə ən azı 30 günlük tam atəşkəsə dair bəyanatı Ukraynanın müttəfiqlərinin Rusiya ərazisinə yönəlik hücumlarda birbaşa rol oynadığını göstərir.

“Bəs necə oldu, cənab Sibiga və sizin "ağalarınız", Moskvanın dəfələrlə diqqət çəkdiyi mühüm nüanslar necə olacaq?! Sizin dedikləriniz birbaşa olaraq Ukraynanın müttəfiqlərinin bizə qarşı hücumlarda iştirak etdiyini göstərir,” – deyə Klimov qeyd edib.

Seçilən
0
1
teleqraf.com

2Mənbələr