AZ

ABŞ, Avropa və Ukrayna Rusiya ilə müharibənin dayandırılması üçün 22 maddəlik plan hazırlayıb

Bakı. Trend:

ABŞ, Avropa və Ukrayna nümayəndələri Rusiya-Ukraynamüharibəsinin dayandırılması məqsədilə 22 maddədən ibarət sülhplanı hazırlayıblar.

Trend-inməlumatına görə, bu barədə “NBC News” öz mənbələrinə istinadənxəbər yayıb.

Məlumata əsasən, sənəddəki əsas bəndlərdən biri 30 günlükatəşkəsin elan olunmasını nəzərdə tutur. Sənəddə, həmçinin ABŞ-ninUkraynanın NATO-ya üzvlüyünü dəstəkləməyəcəyi ilə bağlı müddəa dayer alıb.

Bu plan Rusiya ilə münaqişənin diplomatik yolla tənzimlənməsiistiqamətində aparılan gizli danışıqların bir hissəsi hesabolunur.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin daha əvvəlMoskva ilə Kiyev arasında danışıqların ilkin şərtlər olmadan vələngimədən mayın 15-də İstanbulda başlanmasını təklif etmişdi.

Seçilən
0
az.trend.az

1Mənbələr