BAKI. 11 may. TELEQRAF
Kolumbiyanın Antioquia bölgəsinə aid Sabaneta qəsəbəsində sel və torpaq sürüşməsi nəticəsində 5 nəfər ölüb.
Teleqraf xəbər verir ki, ölənlər selin apardığı iki evin sakinləridir. Daha 2 nəfərin axtarışları davam etdirilir.
Sabaneta bələdiyyə başqanı Alder Kruz torpaq altında qalanların sayının hələ dəqiq bilinmədiyini qeyd edib.