Çin Cammu və Kəşmir bölgəsində Hindistan və Pakistan arasında münaqişənin yenidən başlanmasının qarşısının alınmasının vacib olduğuna inanır və hər iki tərəfi atəşkəs rejiminə riayət etməyə çağırır.
Operativ Media xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Vanq Yi məlumat verib.
“Çin Hindistan və Pakistan arasında tezliklə atəşkəs əldə olunacağını gözləyir və bunu dəstəkləyir. Münaqişənin yenidən başlanmasının qarşısını almaq üçün tərəflər bu razılaşmaya birgə əməl etməlidirlər”, – deyə Çin Xarici İşlər Nazirliyinin rəsmi saytında bildirilib. Bu bəyanat Çinin Xarici İşlər Nazirliyinin rəhbəri Vanq Yinin pakistanlı həmkarı İshaq Dar və Hindistanın milli təhlükəsizlik üzrə müşaviri Ajit Doval ilə 10 may tarixində apardığı telefon danışığından sonra verilib.
Vanq Yinin sözlərinə görə, sülhün qorunması Hindistan və Pakistanın maraqlarına, həmçinin beynəlxalq ictimaiyyətin gözləntilərinə uyğundur və regional sabitliyin təmin olunmasına töhfə verəcək. “Çin bu istiqamətdə müsbət rol oynamağa davam etməyə hazırdır”, – deyə o əlavə edib.