AZ

İran nüvə proqramı ilə bağlı ABŞ, Avropa, Çin və Rusiya ilə dialoqu davam etdirir

Bakı. Trend:

İran hökuməti nüvə proqramı ilə bağlı ABŞ, Avropa ölkələri, Çinvə Rusiya ilə danışıqları davam etdirir.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziriAbbas Əraqçi Qətərin paytaxtı Dohada, ABŞ ilə növbəti – dördüncüdanışıqlar raundu öncəsi açıqlama verib.

“Biz ABŞ, Çin, Avropa və Rusiya ilə səmimi şəkildə danışıqlarıdavam etdiririk”, – deyə nazir bildirib.

Əraqçi qeyd edib ki, İran nüvə silahı əldə etməyə çalışmır,lakin xalqının dinc nüvə texnologiyalarından istifadə etməkhüququndan da geri çəkilməyəcək.

Xatırladaq ki, İranın xarici işlər naziri şənbə günü SəudiyyəƏrəbistanına səfərindən sonra Dohaya gəlib. Mayın 11-də isə OmanSultanlığında İran və ABŞ arasında nüvə məsələsi üzrə dolayıdanışıqların dördüncü raundunun keçirilməsi planlaşdırılır.

Seçilən
0
50
az.trend.az

10Mənbələr