AZ

Microsoft “DeepSeek” süni intellektindən istifadəyə qadağa qoydu

Bakı. Trend:

ABŞ-nin texnologiya nəhəngi "Microsoft", Çində məlumatlarınsaxlanması ilə bağlı riskləri əsas gətirərək əməkdaşlarına“DeepSeek” süni intellektindən istifadə etməyi qadağan edib.

Trend xəbər verirki, bu barədə "Microsoft"un prezidenti Bred Smit məlumat verib.

Onun sözlərinə görə, qadağaya səbəb Çində məlumatların saxlanmatəhlükəsi və süni intellekt modelinin cavablarına potensial xaricitəsirlər ola bilər.

Qeyd olunur ki, bu, "Microsoft"un ilk dəfə belə bir məhdudiyyətirəsmi şəkildə tətbiq etməsidir. Şirkətin rəqibi olan “DeepSeek R1”modeli "Microsoft Azure" platformasında yerləşdirilsə də, işəsalındıqda istifadəçilərə onun təhlükəsizlik yoxlamasından keçdiyibarədə bildiriş göstərilir.

“TechCrunch” nəşrinin yazdığına görə, “DeepSeek” "Microsoft"un"ChatGPT"yə əsaslanan “Copilot” süni intellekt köməkçisi ilərəqabət aparır. Bununla belə, "Microsoft"un rəqib məhsullaramünasibəti seçici xarakter daşıyır – məsələn, “Perplexity”"Microsoft Store"da mövcuddur, lakin “Google Gemini” orada yeralmır.

"Microsoft"un “Copilot” platforması istifadəçilərə şəkil və mətnyaratmaq, məlumatları analiz etmək, axtarış aparmaq, kod yazmaq vədigər funksiyalardan istifadə imkanı verir.

Seçilən
0
az.trend.az

1Mənbələr