BAKI. 11 may. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin Ukrayna münaqişəsinin nizamlanması üzrə vasitəçilərə, o cümlədən ABŞlideri Donald Trampın administrasiyasına təşəkkürünü bildirib.
Teleqraf xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında deyib.
Xatıradaq ki, ötən gün ABŞ, Avropa İttifaqı və Ukraynanın münaqişənin həlli üçün 22 bənddən ibarət birgə plan hazırladıqları məlum olub. Bu bəndlərdən biri 30 günlük atəşkəsin elan edilməsini ehtiva edir. Ukrayna tərəfi 12 maydan etibarən atəşkəsə əməl etməyə hazır olduğunu bəyan edib.