BAKI, 11 may. TELEQRAF
Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Hindistan və Pakistan arasında atəşkəs razılaşmasını alqışlayıb.
Teleqraf xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Stefan Dujarrik məlumat verib.
“Baş katib Hindistan və Pakistan arasında atəşkəs razılaşmasını hazırkı hərbi əməliyyatların dayandırılması və gərginliyin azaldılması istiqamətində müsbət addım sayır”, - bəyanatda deyilir.
Razılaşmanın davamlı sülhə töhfə verəcəyinə və iki ölkə arasında uzun müddətdir davam edən problemlərin həlli üçün əlverişli mühit yaradacağına ümid edildiyi bəyanatda BMT-nin regionda sülh və sabitliyin təşviqinə yönəlmiş səyləri dəstəkləməyə hazır olduğu vurğulanıb.