AZ

Kim Mun Sunun namizədliyi bərpa olundu

Bakı. Trend:

Cənubi Koreyada Mühafizəkar Vətəndaş Gücü Partiyası keçmiş əməknaziri Kim Mun Sunu prezidentliyə namizəd kimi rəsmi şəkildə bərpaedib.

Trend-in "Yonhap"agentliyinə istinadən verdiyi məlumata görə, partiya rəhbərliyininpraymerizlərin nəticələrini ləğv edərək namizədliyi keçmiş başnazir Han Dok Su ilə əvəz etmək təşəbbüsü partiyadaxili səsvermədəaz səs fərqi ilə rədd olunub.

Beləliklə, Kim Mun Su “Vətəndaş Gücü”nün rəsmi prezidentliyənamizədi olaraq seçki kampaniyasını bərpa edib. Partiya praymerizvə namizəd yenidən qeydiyyatı ilə bağlı prosedurları ləğv etdiyinidə elan edib. Yenidən qeydiyyat üçün Han Dok Su müraciət edənyeganə şəxs olsa da, proses nəticəsiz qalıb.

Kim Mun Su seçki kampaniyasına dərhal start verdiyini açıqlayıb,Han Dok Su isə səsvermənin nəticələrini qəbul etdiyini və rəqibinəuğurlar arzuladığını bildirib.

Cənubi Koreya prezident seçkiləri iyunun 3-də keçiriləcək.

Seçilən
0
1
az.trend.az

2Mənbələr