AZ

"Turan Tovuz" evdə məğlub oldu

Misli Premyer Liqasının XXXIV turunda “Turan Tovuz” evdə “Neftçi”yə məğlub olub.

Publika.az xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan qarşılaşma paytaxt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Neftçi”nin heyətində Emin Mahmudovla (9-cu dəqiqə), Dembo Darboe (32-ci təqiqə) fərqlənib. “Turan Tovuz”un qolunu isə 16-cı dəqiqədə Rəhim Sadıxov rəqib qapısından keçirib.

Bu nəticədən sonra xallarının sayını 40-a yüksəldən “Neftçi” 6-cı pillədə qərarlaşıb. 49 xala malik “Turan Tovuz” isə dördüncüdür.

Seçilən
0
3
publika.az

4Mənbələr