AZ

ABŞ və Çin bu ölkədə ÜZ-ÜZƏ

ABŞ Maliyyə Naziri və Amerikanın ən yüksək ticarət təmsilçisi İsveçrədəki yüksək səviyyəli Çin rəsmiləri ilə tarif problemini həll etmək üçün danışıqlara başlayıb.

Publika.az xəbər verir ki, bu barədə Çinin "Sinxua" xəbər agentliyi məlumat yayıb.

"Xəzinədarlıq naziri Skott Bessent və ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qri Cenevrədə baş nazirin müavini He Lifenqın başçılıq etdiyi Çin nümayəndə heyəti ilə görüşlərə başlayıb", - məlumatda deyilir.

Hər iki tərəfin diplomatları da danışıqların başlandığını təsdiqləyiblər. Dəqiq görüş yerini açıqlamayıblar.

İsveçrənin BMT- dəki səfirinin evindən qara rəngli avtomobil və furqonlardan ibarət kortej çıxıb. Agentlik qeyd edib ki, tərəflər əvvəlcədən razılaşdırılmış nahara getməzdən əvvəl təxminən iki saat görüşüblər.

Seçilən
0
1
publika.az

1Mənbələr