Bakı. Trend:
Misli Premyer Liqasının XXXIV turu çərçivəsində bu gün ikiqarşılaşma baş tutub.
Trend xəbər verirki, günə Bakı derbisi ilə start verilib.
“Səbail” klubu “Zirə”ni evdə qəbul edib. Görüş dramatik sonluqlayadda qalıb – qonaqların son dəqiqələrdə vurduğu qolla "Səbail"məğlub olub və bununla da Premyer Liqanı tərk edən ilk komanda kimiqeydə alınıb. Paytaxt təmsilçisi növbəti mövsümdən I Liqada çıxışedəcək.
Günün ikinci oyunu Tovuzda baş tutub. Avrokuboklara vəsiqəuğrunda mübarizə aparan “Turan Tovuz” klubu “Neftçi”ni qəbul edib.Qərb təmsilçisi bürünc medal ümidlərini qorumaq üçün qalib gəlməliolsa da, "ağ-qaralar" səfərdən 2:1 hesablı qələbə ilə ayrılıb.
Tura sabah keçiriləcək oyunlarla yekun vurulacaq.