AZ

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakı-Quba yolunun 37-ci kilometrliyində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un yerli bürosu məlumat verir ki,Sumqayıt şəhər sakini 1982-ci il təvəllüdlü Xanbalayev Murad Tahir oğlu idarə etdiyi, özünə məxsus “Mercedes” markalı, 77-CE-315 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən piyada,1994-cü il təvəllüdlü Xudiyev Sadiq Qəfər oğlunu vurub. Ağır xəsarətlər alan piyada hadisə yerində keçinib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır

Seçilən
0
50
report.az

10Mənbələr