GORANBOY, 10 may. TELEQRAF
Goranboyda 17 yaşlı gənci maşın vurub.
Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisə Şəfəq kəndində baş verib.
Avtomobil yolu keçmək istəyən 2008-ci il təvəllüdlü piyada Orucov Ramin Aslan oğlunu vurub.
Piyada əl və qollarında sınıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Daha sonra Gəncə şəhərindəki klinikalardan birinə köçürülüb. Faktla bağlı araşdırma aparıllr.