"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Xabi Alonsonun cari mövsümün sonunda "Bayer"dən ayrılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
90deqiqe.Az xəbər verir ki, italyan mütəxəssis bu barədə jurnalistlərə açıqlamasında danışıb.
“Onun ‘Bayer’dən ayrıldığını oxudum. Alonso fantastik iş gördü. Onun üçün bütün qapılar açıqdır, çünki o, dünyanın ən yaxşılarından biridir”.
Daha əvvəl mətbuatda ispan mütəxəssisin 11 may tarixində "Barselona" ilə keçiriləcək oyundan sonra Madrid klubunu tərk edəcək Ançelottini əvəzləyəcəyi barədə xəbərlər yayılmışdı.
Mətbuatda “Real”dan ayrıldıqdan sonra italyan çalışdırıcının Braziliya millisini başına götürəcəyi ilə bağlı xəbərlər yayılıb.
Ançelotti 2021-ci ilin yayında "Kral Klubu"na qayıdıb. Bundan əvvəl o, 2013-2015-ci illərdə Los Blankosa rəhbərlik edib.