Bakı, 10 may, AZƏRTAC
Mayın 10-da AZƏRTAC-ın kollektivi Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.
Əvvəlcə Agentliyin inzibati binasında Ulu Öndər Heydər Əliyevin büstünün önünə gül dəstələri düzülüb, əziz xatirəsi anılıb.
Sonra AZƏRTAC-ın kollektivi Fəxri xiyabana gələrək, xalqımızın Ümummilli Liderinin məzarını ziyarət edib, önünə gül dəstələri qoyub.
Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla anılıb.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri qoyulub.