Bakı. Trend:
Mayın 10-da Medianın İnkişafı Agentliyinin kollektivi ÜmummilliLider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlıFəxri xiyabana gələrək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramlayad edib, abidəsi önünə gül dəstələri düzüb.
Agentlikdən Trend-ə bildirilib ki, Ulu Öndərin ömür-gün yoldaşı,görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın daxatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.