AZ

Azərbaycan Könüllüləri Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad ediblər (FOTO)

Bakı. Trend:

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüilə əlaqədar olaraq Azərbaycan Respublikasının Gənclər Fondunundəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ)təşkilatçılığı ilə silsilə tədbirlər həyata keçirilib.

Trendxəbər verir ki, bu barədə Azərbaycan Könüllü Təşkilatları İttifaqı(AKTİ) məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Könüllüləri Fəxri Xiyabanda UluÖndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraqxatirəsini dərin ehtiramla yad ediblər.

Ölkənin aparıcı könüllü təşkilatlarında fəaliyyət göstərənkönüllülər Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər. Ekskursiyazamanı könüllülərə Ümummilli Lider Heydər Əliyevin keçdiyi həyatyolu, ölkəmizin hərtərəfli inkişafında göstərdiyi misilsizxidmətlər haqqında ətraflı məlumat verilib.

Silsilə tədbirlər çərçivəsində Ekologiya və Təbii SərvətlərNazirliyinin dəstəyi ilə Azərbaycan Könüllüləri tərəfindənMüşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib. Aksiyanınkeçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini ucatutmaq, Ümummilli Liderin təbiətə, ekologiyaya qayğı ənənələriniyaşatmaq olub.

AKTİ-nin təşkilatçılığı ilə keçirilən “Milli Kimlik” İdeolojiHazırlıq Proqramının növbəti görüşü Ulu Öndərin zəngin fəaliyyətivə çoxşaxəli irsinə həsr olunub. Proqram çərçivəsində AzərbaycanKönüllüləri Milli Məcləsin deputatı Nigar Arpadarai ilə görüşüblər.Görüşdə Ulu Öndər Heydər Əliyevin hər zaman Azərbaycan gəncliyinəqayğı ilə yanaşması, gənclərin inkişafını xüsusi diqqət mərkəzindəsaxladığı vurğulanıb. Qeyd edilib ki, gənclərimiz Heydər Əliyevinzəngin irsini dərindən öyrənməli, Ulu Öndərin ideyalarına həmişəsadiq olmalıdırlar.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Seçilən
0
6
az.trend.az

7Mənbələr