Premyer Liqanı tərk etməsi an məsələsi olan «Səbail»in daha bir futbolçusu «Şəfa» ilə anlaşıb. Növbəti mövsüm I Liqada mübarizə aparacaq paytaxt təmsilçisi Əlirza Müştəbəzadədən sonra Nahid Quliyevlə müqavilə şərtlərini razılaşdırıb. Vaxtilə «Qarabağ»ın formasını geyinmiş yarımmüdafiəçi aşağı liqanın debütantının 2 illik kontrakt təklifini qəbul edib.
«Dənizçilər» 33 tura 22 xal toplayıb və turnir cədvəlinin son - 10-cu pilləsində qərarlaşıb. Bayıl klubu bu gün doğma məkanda «Zirə»yə də uduzsa, elita ilə vaxtından əvvəl vidalaşacaq.
SPORTİNFO.AZ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta