“Barselona” “Monako” klubunun 23 yaşlı cinah hücumçusu Maqnəs Aklyuşla maraqlanır.
Publika.az xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.
Mənbənin sözlərinə görə, fransalı futbolçunun əsas arzularından biri “Barsa”nın formasını geyinməkdir. Lakin İspaniya klubu sağ cinahda Lamin Yamalın mövcudluğunu nəzərə alaraq, Aklyuş üçün transfer haqqı ödəməyə hazır deyil. Əgər Aklyuş Kataloniya klubuna keçsə, o zaman 17 yaşlı hücumçu ilə mövqe uğrunda mübarizə aparmalı olacaq.
Aklyuş cari mövsümdə bütün turnirlər daxil olmaqla 41 oyunda iştirak edib, 7 qol vurub və 11 məhsuldar ötürmə verib. Onun “Monako” ilə olan müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. "Transfermarkt"a görə, futbolçunun bazar dəyəri 40 milyon avrodur.