AZ

Səfir: Heydər Əliyev Gürcüstandakı soydaşlarımızın hər zaman böyük dayağı olub

GÜRCÜSTAN, 10 may. TELEQRAF

"Heydər Əliyev Gürcüstandakı soydaşlarımızın hər zaman böyük dayağı olub".

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Marneuli Mədəniyyət Evində keçirilən “Müstəqil Azərbaycan Konstitusiyasının müəllifi Ümummilli Lider Heydər Əliyev - 102 il” adlı tədbirdə çıxışında deyib.

Onun sözlərinə görə, Ulu Öndər soydaşlarımıza qayğısını sözdə deyil, əməllərində göstərib.

Səfir bildirib ki, Heydər Əliyev irsinin Gürcüstanda tanıdılmasında soydaşlarımız böyük rol oynayırlar.

"Gürcüstanda yaşayan azərbaycanlılara Azərbaycan dövlətinin diqqət və qayğısı davam etdirilir. Soydaşlarımızla bağlı məsələlər hər zaman diqqətdə saxlanılır", - F.Quliyev söyləyib.

Diplomat deyib ki, Heydər Əliyev heç bir təzyiqlərə baxmayaraq, Azərbaycanın dünya miqyasında nüfuzlu dövlətə çevrilməsi üçün yorulmadan çalışıb.

"Azərbaycan Konstitusiyasının müəllifi ulu öndər olub. Dövlətimizin bütün uğurları, Azərbaycançılıq məfkurəsinin formalaşdırılması da onun adı ilə bağlıdır", - səfir deyib.

Seçilən
0
teleqraf.com

1Mənbələr