Futbol üzrə Azərbaycan milli komandasının iyunun 7-də Latviaya qarşı keçirəcəyi beynəlxalq yoldaşlıq görüşünün stadionu açıqlanıb.

Offsideplus.az xəbər verir ki, qarşılaşma Latviyanın paytaxtı Riqada yerləşən "Skonto" stadionunda baş tutacaq.

8087 nəfər tamaşaçı tutumuna malik "Skonto" "Daugava Stadium"dan sonra ölkənin ikinci ən böyük arenasıdır.

Oyun saat 16:00-da (Bakı vaxtı ilə 17:00) start götürəcək.

Xatırladaq ki, bu, Azərbaycan və Latviya yığmaları arasında 6-cı yoxlama matçı olacaq. Bundan əvvəlki qarşılaşmaların 3-cü heç-heçə nəticələnib, qalan 2 oyunda isə tərəflər hərəyə 1 qələbə qazanıblar. Topların fərqi 5:4 komandamızın xeyrinədir.