Azərbaycanın Pakistan-Hindistan məsələsində mövqeyi beynəlxalq hüquqa əsaslanır.
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, son gərginliyin başlama səbəbi kimi Pakistan ərazisinə zərbələr endirilməsi olub: “Bu çox ciddi gərginliyin səbəbi olub. Biz ən qısa zamanda bu gərginliyə son qoymağa çağırırq. Hesab edirəm ki, burada çox məntiqli yanaşma sərgiləyirik”.