"Arsenal" klubu ilk transferini bitirmək üzrədir.

Offsideplus.az xəbər verir ki, "topçular" Martin Subimendi ilə şəxsi məsələlərdə razılığa gəlib. İndi onlar 26 yaşlı futbolçunun 60 milyon avroluq sərbəstqalma məbləğini ödəməlidir.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Subimendi ilə uzunmüddətli müqavilə imzalanacaq. O, yeni mövsümün ilk imzası olacaq.

Onunla "Real" klubu da yaxından maraqlanırdı. Xabi Alonso onu yeni komandasında görmək istəyirdi.