AZ

Simonyan: “Noyabrın 9-da istənilən adamnın ayağında düşüb, yalvarmağa hazır idim”

Ermənistanın spikeri Alen Simonyan 9 noyabr 2020-ci ildə Moskvada yaşadığı hadisələr barədə danışıb.

Tribunainfo.az xəbər verir ki, o, Azərbaycanla müharibəni dayandırmaq üçün Rusiya paytaxtına getdiyini deyib.

Simonyan bildirib ki, həmin vaxt o, bir çox şəxslərlə görüşüb. “Çoxlu adamlarla görüşdük. Mən razı idim ki, müharibənin dayandırılması üçün istənilən adamın ayağına düşüb yalvaram. Çünki biz çox faciəvi vəziyyətdə idik”.

Erməni spiker onu da deyib ki, Moskvada olarkən dostları ona üzərində gəzdirmək üçün silah veriblər. “Mənə silah verdilər. Dedilər ki, üstündə gəzdir. Bunu niyə etdiklərini demədilər. Güman ki, mənə hücum edilə biləcəyindən ehtiyatlanırdılar”.

Fərda Uğur

Seçilən
0
2
tribunainfo.az

3Mənbələr